COP29

50 milyon avroya yarımmüdafiəçi almaq istəyir – Premyer Liqa nəhəngi

28 Dekabr 15:40 İngiltərə 198
50 milyon avroya yarımmüdafiəçi almaq istəyir – Premyer Liqa nəhəngi

İspaniya millisinin və “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində Premyer Liqa çempionu “Mançester Siti” maraqlıdır.

“Şəhərlilər”in rəhbərliyi Subimendinin 50 milyon avro məbləğində sərbəst buraxılma maddəsini ödəməyə hazırdır. Onlar 25 yaşlı yarımmüdafiəçini həmyerlisi Rodri Hernandesə alternativ hesab edirlər.

Subimendi cari mövsümdə “Real Sosyedad”ın heyətində 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 18:00 Lənət olsun!
28 Dekabr 16:30 Çək və bizə göndər!