“Vulverhempton”un hücumçusu Mateus Kunya “Arsenal”ın hədəfinə çevrilib.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Arsenal” braziliyalı ilə Bukayo Saka zədələnməmişdən əvvəl də maraqlanmağa başlayıb.
Lakin “Vulverhempton” indi Kunya ilə ayrılmağa hazır deyil.
Kunya cari İngiltərə çempionatında 18 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.