“Liverpul”un hücumçusu Məhəmməd Salah komandada qala bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli hücumçu “qırmızılar”ın rəhbərliyi ilə demək olar ki, razılaşıb.
Yeni müqavilə 2027-ci ilin ortalarına qədər davam edəcək və bir mövsüm uzadılma imkanı var.
Salahın hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, 7 ildir ki, “Liverpul”da çıxış edir.
Salah cari mövsümdə 24 matçda iştirak edib, 18 qol vurub və 15 məhsuldar ötürmə verib.