COP29

Premyer Liqa klubunun baş məşqçisi “üsyan” etdi

25 Dekabr 18:40 İngiltərə 278
Premyer Liqa klubunun baş məşqçisi “üsyan” etdi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu futbolçu zədələri və çoxlu matçlardan danışıb.

Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı “Liverpul” istisna olmaqla, hər klubun kifayət qədər ciddi zədəlisinin olduğunu bildirib:

“Düşünürəm ki, mütəxəssislərin buna diqqət yetirməli olduğunu artıq demişəm. Məncə, bu hər kəsə aiddir.

Ola bilsin ki, “Liverpul” istisna olmaqla, hər kəsin kifayət qədər ciddi zədəlisi var, bizdə çoxlarından çox idi, ancaq klubların çoxu əziyyət çəkdi.

Düzünü desəm, buna görə də Premyer Liqada “Liverpul”dan başqa, vəziyyət kifayət qədər gərgindir. Düşünürəm ki, hər şey nə vaxtsa vəziyyətin dəyişməli olmasından irəli gəlir.

Mən bu barədə çox nikbin deyiləm, çünki hər il daha çox turnirlər əlavə edilir. Ona görə də, bunun həqiqətən təsirinin olduğunu düşünmürəm.

Ya belədir, ya da heyətləri daha geniş klublara imkanlar verirsiz. Çünki təbii ki, oyunçuların hazırkı yükün öhdəsindən gəlməsi getdikcə çətinləşir”.

Postekoqlunun komandası İngiltərə Premyer Liqasının turnir cədvəlində 23 xalla 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 03:30 "Sabah"a hara, onlar hara!