“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandasının Premyer Liqanın cari mövsümündə çempionluq titulunu qazanmaq şanslarından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas hədəflərinin titul qazanmaq olduğunu deyib:
“Oxşar təcrübəmiz var, iki dəfə çempionluğa yaxın idik və uduzduq. Son matçda “Tottenhem”i məğlub etdik, indi “Lester”lə görüşə hazırlaşırıq.
Oyundan oyuna getməliyik. May ayında nə olacağını hələ düşünmürük. Biz titul əldə etməyi hədəfləyirik, amma başa düşürük ki, onu qazanmaq asan olmayacaq”.
“Qırmızılar” keçirilən 16 matçdan sonra 39 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edirlər.