“Çelsi”nin baş məşqçisi Enzo Mareska qarşıdan gələn qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı yanvarda oyunçuları satmaq istəmədiklərini bildirib:
“Yanvarda oyunçuları satmaq istəmirik… Amma bəlkə də, çox oyun vaxtı qazanmayan oyunçular bədbəxt hiss edə bilər və ayrılmaq istəyər. Sonra nə baş verəcəyini görəcəyik”.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Mareskanın komandası 16 oyunda 34 xal toplayıb.