İngiltərə Liqa Kubokun 1/4 finalında “Tottenhem” öz meydanında “Mançester Yunayted”i qəbul edib.
Sportinfo.az xəbər verir ki, görüş ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
“Tottenhem”in hücumçusu Dominik Solanke 15-ci dəqiqədə hesabı açıb. İkinci hissənin əvvəlində meydan sahiblərinin oyunçusu Deyan Kulusevski komandasının ikinci qolunu vurub. 54-cü dəqiqədə Solanke dubla imza atıb.
Qarşılaşmanın 63-cü dəqiqəsində “Mançester Yunayted”in hücumçusu Yoşua Zirkze rəqib qapısına yol tapıb.
Qonaqların hücumçusu Amad Diallo 70-ci dəqiqədə fərqi azaldıb. Görüşün sonunda Son London təmsilçisinin dördüncü qolunu vurub.
90+4-cü dəqiqədə “qırmızı şeytanlar”ın müdafiəçisi Conni Evans fərqi azaltsa da, oyun “Mançester Yunayted”in məğlubiyyəti ilə yekunlaşıb.
Bununla da bütün yarımfinalçılar bəlli olub: “Arsenal”, “Nyuaksl”, “Liverpul”, “Tottenhem”.
Yarımfinalında “Tottenhem” “Liverpul”la, “Arsenal” isə “Nyukasl”la mübarizə aparacaq.