Niko Uilyams “Atletik”i tərk edərək karyerasını İngiltərə Premyer Liqası klubunda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
“Mançester Yunayted” hücumameyilli futbolçunu transfer etməkdə maraqlıdır.
“Qırmızı şeytanlar” ispaniyalı yarımmüdafiəçini komandanı tərk edə biləcək Markus Reşfordun əvəzləyicisi kimi nəzərdən keçirir.
22 yaşlı Uilyamsın “Atletik”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.