“Mançester Yunayted” Markus Reşfordla yollarını ayırmağa hazırdır.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, top-klubların heç biri ingiltərəli hücumçunu transfer etməkdə maraqlı deyil.
Potensial işəgötürənlər 27 yaşlı oyunçunun zəif forması, meydandan kənar davranışı və yüksək maaşı səbəbindən onunla müqavilə bağlamaq istəmirlər.
Reşford “Mançester Yunayted”in yetirməsidir. O cari mövsümdə 24 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.