“Mançester Siti”nin hücumçusu Erlinq Halandın agenti Rafaela Pimenta müştərisini “Real”a aparmaqda maraqlıdır.
Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, Pimenta norveçli ulduzui 2025-ci ildə transferə razı salmağa çalışır.
Bu zaman Halandın təzminat məbləği 200 milyondan 175 milyon avroya qədər azalacaq.
Haland Premyer Liqanın cari mövsümündə 16 matçda 13 qol vurub və 1 məhsuldar ötürmə edib.