“Mançester Siti”nin hücumçusu Erlinq Halandın agenti Rafaela Pimenta onu başqa top-klubda görmək istəyir.
Norveçli oyunçunun müqaviləsində 2025-ci ildə qüvvəyə minəcək sərbəstqalma bəndi var.
Sportinfo.az “Defensacentral”-a istinadən xəbər verir ki, “Real” vəziyyəti izləyir və “şəhərlilər”in forvardını almaq imkanını nəzərdən keçirir.
Halandın agenti onun “kral klubu”na transferini həyata keçirmək istəyir. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.