"Vulverhempton" baş məşqçisi Qari Onili istefaya göndərib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi ilə birlikdə onun köməkçiləri ilə də yollar ayrılıb.
Q.Onil 2023-cü ildən komandanı çalışdırırdı. "Vulverhempton" hazırda Premyer Liqanın turnir cədvəlində 16 turdan sonra doqquz xalla 19-cu pillədədir.