Yeni baş məşqçi Ruben Amorimin “Mançester Yunayted”ə ilk transferi paraqvaylı futbolçu ola bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Serro Porteno”dan müdafiəçi Dieqo Leonu təxminən 4 milyon dollara almaq üçün razılaşıb.
“Mançester Yunayted” hazırda digər məsələlər, xüsusən də, futbolçunun iqtisadi hüquqları ilə bağlı danışıqlar aparır.
18 yaşı apreldə tamam olacaq Dieqonun agenti sənədləri tamamlamaq üçün artıq İngiltərəyə gedib.
Transferin rəsmiləşəcəyi gözlənilsə də, 17 yaşlı futbolçu növbəti 6 ayı “Serro Porteno”da keçirəcək.