“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun qış və yay transfer pəncərələrində futbolçularının yarıdan çoxunu satmağı planlaşdırması barədə danışıb.
Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı komanda olaraq təkmilləşməli olduqlarını bildirib:
“Başqa ölkələrdən yaxşı oyunçularımız var və onlara mesajımızı çatdırmaq üçün vaxt lazımdır, sonra görəcəyik. Qələbə olmasa, futbolçular və baş məşqçi gedəcək.
Komanda olaraq təkmilləşməliyik, oyunçu almağı və ya satmağı düşünməzdən əvvəl klubumuzda bir çox şeyi düzgün etməliyik.
Görəcəyimiz çox şey var, ona görə də, gəlin diqqətimizi oyunçularımızı təkmilləşdirməyə yönəldək”.
“Mançester Yunayted” 15 oyundan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.