Qrem Potter yaxın gələcəkdə məşqçiliyə qayıda bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, London klubu Xulen Lopeteqi ilə yollarını ayırmaq qərarına gəlsə, 49 yaşlı mütəxəssis “Vest Hem”ə rəhbərlik etməyə hazırdır.
Potter “Vest Hem”i daimi deyil, mövsümün sonuna qədər, müvəqqəti çalışdıra bilər. Belə ki, onun Almaniyadan – “Leyptsiq”dən təklif alma ehtimalı var.
“Vest Hem”in iki gün öncə “Vulverhempton”la matçda 2:1 hesablı qalibiyyətindən sonra Lopeteqinin üzərindəki təzyiq azalıb.