Xosep Qvardiola maraqlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi İngiltərə klubundan ayrıldıqdan sonra heç bir klubda işləməyəcəyini deyib.
İspaniyalı çalışdırıcı müqaviləsinin sonunadək Mançesterdə qalmaq niyyətindədir:
“Buradan ayrıldıqdan sonra bəlkə hansısa milli komandada işlədim. Dəvətdən asılı olaraq qərar verəcəm.
Amma başqa kluba getməyəcəm. Bəlkə hansısa yığmada işləyib ayrıldıqdan sonra bu barədə düşünərəm.
Lakin indiki halda başqa kluba getmək niyyətim yoxdur. “Mançester Siti” sonuncu olacaq”.
Karyerası ərzində “Barselona” və “Bayern”də işləmiş 53 yaşlı mütəxəssis 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir.
O, yaxınlarda müqaviləsinin müddətini 2026-cı ilin yayınadək uzadıb.