“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin De Bruyne ilə mümkün münaqişə xəbərini şərh edib.
Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, De Bruyne ilə bağlı fikirlərini kinayəli şəkildə çatdırıb:
“Biri deyir ki, mənim De Bruyne ilə fikir ayrılığım var. Doğrudanmı onsuz oynamaqdan həzz aldığımı düşünürlər?
Təbii ki, meydanın rəqibə aid hissəsində ən yaxşı çıxış edən oyunçu mənə niyə lazımdır?
Bəli, ona ehtiyacım yoxdur. Birlikdə 9 ildən sonra problemlərimiz var”.
33 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.