“Atletiko”nun qapıçısı Yan Oblak komandasının İspaniya La Liqasındakı mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı qapıçı bunu deyib:
“Bir ay əvvəl biz mükafatlardan uzaq idik, indi isə çox yaxınıq. Amma hər şey dəyişə bilər.
Ona görə də gələcək üçün planlar qurmamaq, cari işlərə diqqət yetirmək daha yaxşıdır. Çalışacağıq ki, yaxşı oynayıb, qələbələr qazanaq”.
Madrid klubu İspaniya çempionatının 15 turundan sonra 32 xal toplayaraq, turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.