“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim bazar günü “Everton”a 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edən Coşua Zirkzenin oyununu şərh edib.
Sportinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı Zirkzenin əla iş gördüyünü bildirib:
“Şadam ki, Zirkze qol vura bildi. O, əla iş gördü. Bu, onun özünə inamı üçün vacibdir. Bəzi futbolçular bu hisslə, qol susuzluğu ilə yaşayırlar”.
Niderlandlı forvard 41-ci və 64-cü dəqiqələrdə fərqlənib. O, avqustun ortalarında baş tutan “Fulhem”lə debüt oyunundan sonra ilk dəfə “qırmızı şeytanlar”ın heyətində qol vurmağı bacarıb.
23 yaşlı hücumçu “Mançester Yunayted”in heyətində 19 oyunda 3 qol vurub.