“15 il Azərbaycan futbolunun anasnı ağladıb, indi Parisdə oturan Elxan Məmmədov hər məğlubiyyətimizdən həzz alır.
Qoyub getdiyi futbol bataqlığının içində vurnuxanların acizliyinə kinayə ilə gülür”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Azərbaycan yığmasının Millətlər Liqasında D Liqasına yuvarlanmasına münasibət bildirən tanınmış telejurnalist AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun bunda “böyük pay” sahibi olduğnu söyləyib:
“Elxanla Rövnəq Abdullayevin xaraba qoyduğu futbol təsərrüfatını 7 ay əvvəl təhvil alanlar sükunətdədir. Elxanın dəstəsi hərəkət edib futbolu dağıdırdı, indikilər isə hərəkətsiz oturmaqla məhvə rəvac verir.
Amma Elxan Məmmədov bil ki, bizim futbolda illərdir yığılan bu problemlərin kökü, böyüyü, hətta deyərdim, ənkə-böyüyü sənin15 illik bərbad idarəçiliyindədir.
Ənkə-böyük isə hər zaman xatırlanır. Hətta əsəbiləşib ağır söyüş söyəndə də.
40-50 il keçəcək, biz həyatda olmayacağıq, amma Azərbaycan futbolunu geriyə atdığın bu 15 ilin yeri görünəcək və bu problemin səbəbəkarı kimi Elxan Məmmədov, sən həmişə xatırlanacaqsan.
İndiki AFFA rəhbərliyinə yalnız bunu demək qalır: İllərdir xaricdən milliyə oyunçu gətirdik, alımnmadı.
Sizdən əvvəlkilər də, siz də xarici baş məşqçiləri dəvət etdiz. yenə nəticə yoxdur. Bəlkə bu dəfə AFFA prezidenti və vitse-prezidentləri postlaırna xaricilər gəlsin?
Bəlkə nicat yolumuz elə bundadır - idarəçilikdə? Yoxsa “tikə”nin ən böyüyünə dəymək olmaz?”.