COP29

“Əgər müqaviləmlə bağlı danışıqlar olmasa, burada qalmayacam” - XƏBƏRDARLIQ

01:30 İngiltərə 65
“Əgər müqaviləmlə bağlı danışıqlar olmasa, burada qalmayacam” - XƏBƏRDARLIQ

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne klubla müqaviləsini uzatmaq imkanlarından danışıb.

Sportinfo.az bu barədə “The İndependent” nəşrinə istinadən xəbər verir.

“Mövsümün əvvəlində danışıqların olacağını bilirdim, lakin sonra “Brentford”la oyunda zədələndim. Müqaviləmlə bağlı danışıqlar olmalıdır.

Əgər olmasa, bu mənim klubdakı son ilim olacaq. Dürüst olmağa çalışıram.

Mən sadəcə yaxşı futbol oynamaq istəyirəm və gələcəyin nə gətirəcəyini birlikdə görəcəyik”, - Kevin mətbuat konfransında deyib.

33 yaşlı futbolçu 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 391 matçda iştirak edib, 103 qol vurub, 171 məhsuldar ötürmə edib.

Belçikalı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur
26 Noyabr 02:30 Uşaq gözləyirlər - FOTO
26 Noyabr 01:50 Azərbaycanda 250-ci...