"Tottenhem"in heyətində ciddi itki baş verib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Qulyelmo Kikario sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı qapıçı Premyer Liqanın 12-ci turunun "Mançester Siti" ilə matçında (4:0) sıradan çıxıb.
Topuq sümüyündə sınıq aşkarlanan Vikario əməliyyat olunub. 28 yaşlı qolkiper uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
@Tottenhem" Qulyelmo Vikarionu ötən ilin yayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.