“Liverpul”un hücumçusu Məhəmməd Salah klubun ona yeni müqavilə təklif etmədiyini deyib.
Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, misirli futbolçu heç bir təklif almadığını bildirib:
“Dekabr ayına az qalıb və hələ klubda qalmaq üçün heç bir təklif almamışam. Mən ondan çox kənardayam.
Bilirsiz, uzun illərdir “Liverpul”dayam. Onun kimi başqa klub yoxdur. Amma sonda mənim əlimdən heç nə gəlmir. Dediyim kimi, dekabr ayı yaxınlaşır və gələcəyimlə bağlı hələ heç bir təklif almamışam.
Mən məyus oldum? Əlbəttə. Mən azarkeşləri sevirəm, azarkeşlər də məni sevir. Nəticə etibarı ilə heç bir şey nə mənim, nə də azarkeşlərin əlindədir. Gözləyək və görək.
Tezliklə karyeramı bitirməyəcəm, ona görə də oynayıram, mövsümə diqqət yetirirəm, Premyer Liqanı və ümid edirəm UEFA Çempionlar Liqasını qazanarıq. Mən məyus oldum, amma sonra nə olacağını görəcəyik”.
Misirli futbolçunun “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Salah cari mövsümdə Premyer Liqada 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
32 yaşlı forvard 2017-ci ildən “Liverpul”da çıxış edir.