“Mançester Yunayted” rəhbərliyi Coşua Zirkzenin “kifayət qədər yaxşı olmadığına” inanır.
Sportinfo.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, ingilislər niderlandlı futbolçunun ötən yay transfer qərarının düzgünlüyünə şübhə ilə yanaşırlar.
“Mançester Yunayted”in gələn il daha etibarlı hücumçu axtaracağı gözlənilir ki, bu da “qırmızı şeytanlar”ın hazırkı forvardlarından birinin, o cümlədən Zirkzenin satılacağını mümkün edir.
Zirkze cari mövsümdə bütün yarışlarda 17 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. 23 yaşlı hücumçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.