Sportinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın İngiltərə Premyer Liqasından qovulacağı təqdirdə klubda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.
“Mən bunu aylar əvvəl demişdim. Aşağı liqaya düşsək də, burada qalacağam.
İkinci divizionda da olsaq, gələn il yenidən Premyer Liqaya qayıdacağıq”, - deyə mütəxəssis bildirib.
Noyabrın 21-də Qvardiola “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.
Ötən ilin fevral ayında Premyer Liqa “Mançester Siti”ni 2009-2018-ci illər arasında 115 müxtəlif maliyyə qaydalarını pozmaqda ittiham edib.
Klub günahkar bilinərsə, onu xalların silinməsi, liqadan qovulması və titulların itirilməsi də daxil olmaqla bir sıra cəzalar gözləyir.