“Mançester Siti” ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yeni müqavilə bağlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssislə yeni müqavilə 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Əvvəlki müqavilə bu mövsümün sonuna kimi idi.
53 yaşlı mütəxəssis 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”yə rəhbərlik edir.
Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə kubokunu, 4 dəfə Liqa kubokunu, üç dəfə İngiltərə superkubokunu qazanıb.
2023-cü ildə “Mançester Siti” Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.