“Mançester Siti”nin futbolçusu Rodri İspaniya nəhəngləri “Barselona” və “Real Madrid” arasında seçim edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Yarımmüdafiəçinin cari mövsümün sonunda “Mançester Siti”dən ayrılmaq fikrində olduğu bildirilir.
Oyunçunun qərarına Pep Qvardiolanın ehtimal olunan gedişi, İngiltərə Premyer Liqasının mümkün intizam tədbirləri və yeni peşəkar çağırışlar da daxil olmaqla müxtəlif amillər təsir edir.
Bildirilir ki, Rodri La Liqaya qayıtmaq istəyir və hər iki top klub onunla maraqlanır. Rodrinin “Mançester Siti”dən ayrılsa, karyerasını “Barselona”da davam etdirmək istəyir.
İspaniyalı hesab edir ki, kataloniyalıların oyun tərzi onun seçimlərinə daha çox uyğun gəlir və ən cəlbedici layihə kimi görünür.
Bundan əlavə, yarımmüdafiəçinin fikrincə, “Real”a keçmək onun futbolçu karyerasına başladığı “Atletiko”ya xəyanət olar.
Podri 2024-cü il “Qızıl top” mükafatının qalibidir.