Daha əvvəl “Mançester Yunayted”i çalışdırmış Ole Qunnar Sulşer Kriştiano Ronaldonun vaxtı ilə “qırmızı şeytanlar”a qayıtmasını şərh edib.
Sportinfo.az NRK-ya istinadən xəbər verir ki, norveçli mütəxəssis, Ronaldonun qayıtmasının pis qərar olduğunu bildirib:
“Bu, yəqin ki, bizim tərəfimizdən pis qərar idi. Amma o anda hər şeyi düzgün etdiyimizi düşündük.
Köməkçimin ilk sözləri bu oldu: “İndi özümüzü necə müdafiə edəcəyik?”.
Portuqaliyalı futbolçu 2021-ci ilin yayında İngiltərə klubuna qayıdıb və mövsüm yarımı komandada keçirib. O, bu müddətdə keçirdiyi 54 oyunda 27 qol vurub və 5 məhsuldar ötürmə edib.
Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.