“Çelsi”nin futbolçusu Noni Madueke cari mövsümdəki çıxışını dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandadan razı olduğunu bildirib:
“Hələlik mənim üçün hər şey yaxşı gedir, amma daha yaxşı oynaya bilərəm.
Hələ əldə edəcəyim çox şey var. Amma komandanın mövqeyindən, bütün komandamızdan razıyam”.
22 yaşlı cinah oyunçusu bu mövsüm “Çelsi”nin heyətində 12 oyunda çıxış edib və 5 qol vurub.
“Çelsi” bazar günü doğma meydanda “Arsenal”la qarşılaşacaq. Komanda hazırda keçirdiyi 10 oyundan sonra 18 xalla Premyer Liqanın turnir cədvəlində beşinci yerdədir.