“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 11-ci turunun “Brayton”la oyunundan (1:2) sonra bu mövsüm çempionluq uğrunda mübarizədən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Bəlkə, yeddi il ərzində altı Premyer Liqa titulunu qazandıqdan sonra bu il başqa bir komanda çempionluğu qazanmağa layiqdir”.
“Mançester Siti” hazırda İngiltərə çempionatında 11 oyundan sonra 23 xalla ikinci pillədə qərarlaşıb.