COP29

Avrokuboklarda qələbəsiz seriyası bitdi - 3 80 gün sonra

9 Noyabr 00:00 İngiltərə 319
Avrokuboklarda qələbəsiz seriyası bitdi - 3 80 gün sonra

“Mançester Yunayted” avrokuboklarda qələbəsiz seriyasına son qoyub.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində qəbul etdiyi Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub edib.

“Old Trafford”da keçirilən matçda hər iki qolun müəllifi 50 və 77-ci dəqiqələrdə Amad Diallo olub.

“Mançester Yunayted” 380 gündür ki, avrokuboklarda qələbə qazana bilmirdi.

Klub Avropada sonuncu dəfə 2023-cü il oktyabrın 24-də Danimarka “Kopenhagen”inə qalib gəlib (1:0).

İngiltərə nəhəngi dörd turdan sonra altı xalla Avropa Liqasının turnir cədvəlində 15-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti