“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldu bu qış onunla fəal maraqlanan “Real”a 50 milyon avroya satmağa hazırdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.
İngiltərəli futbolçunun “Liverpul”la müqaviləsinin 2025-ci ilin yayında başa çatacağına baxmayaraq, Dani Karvahal, və digər sağ cinah müdafiəçisi Lukas Vaskesin ciddi zədə almasına görə, madridlilər bu məbləği ödəməyə hazırdır.
“Transfermarkt” portalında 26 yaşlı futbolçunun bazar dəyəri 70 milyon avrodur.