“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ötən mövsüm “Mançester Yunayted”ə məğlub olduqları (1:2) oyunu xatırladıb.
Sportinfo.az “BeanymanSports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, komandasının ardıcıl dördüncü Premyer Liqa çempionluğunu qeyd etdikdən sonra rahatlıq səbəbindən “Mançester Yunayted”lə mayda federasiya kubokunun finalında (1:2) yaxşı çıxış etmədiyini deyib:
“Bu, zarafat idi! Hazır idik! Amma çempionluğu qazandıqdan sonra bayram etməli olduq.
Mənim komandam həm meydanda, həm də ondan kənarda həqiqətən yaxşıdır!”
“Şəhərlilər” bu gün səfərdə “Bornmut”la Premyer Liqa matçı keçirəcək.