“Arsenal”ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Tomas Parti ilə müqavilənin mümkün uzadılmasından, həmçinin komandadakı işindən danışıb.
Sportinfo.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Partinin fərqli tələblərin öhdəsindən yaxşı gəldiyini bildirib:
“Onun 31 yaşı var və o, həqiqətən yaxşı formadadır. Bəli, danışıqlarımız olacaq.
O, hazırda meydanda çox çalışır, müxtəlif mövqelərdə çox yaxşı oynayır. Fərqli tələblər var və o, bunun öhdəsindən yaxşı gəlir. O, bizim üçün böyük oyunçudur”.
Tomas Partinin “Arsenal”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Daha əvvəl “Barselona”nın onu almaqda maraqlı olduğu deyilirdi.
Qanalı futbolçu rəsmi olaraq 2025-ci il yanvarın 1-dən etibarən müqavilə bağlamaq üçün digər klublarla danışıqlar apara biləcək.