COP29

Yeni baş məşqçisi ilə 3 illik anlaşdı - Premyer Liqa nəhəngi

1 Noyabr 21:40 İngiltərə 365
Yeni baş məşqçisi ilə 3 illik anlaşdı - Premyer Liqa nəhəngi

"Mançester Yunayted" yeni baş məşqçisini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Ruben Amorimə tapşırılıb. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.

Amorim noyabrın 11-də işə başlayacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.

Digər Xəbərlər
Xəbər Lenti