COP29

“9 ildə belə şey olmamışdı” deyib, şikayətləndi - Pep Qvardiola

31 Oktyabr 22:00 İngiltərə 163
“9 ildə belə şey olmamışdı” deyib, şikayətləndi - Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa kubokunun 1/8 finalında “Tottenhem”ə uduzduqdan (1:2) sonra heyətlə bağlı problemlərdən şikayətlənib.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı məşqdə yalnız iki qapıçı və Erlinq Halandın olacağını bildirib:

“Heyətdə belə bir vəziyyət yarananda, bu, normaldır… Sabah (bu gün) məşqdə yalnız iki qapıçı və Erlinq Haland olacaq, başqa heç kim yoxdur.

Hazırda sıralarımızda 13 futbolçu var. Həqiqətən də çətinliklərimiz çoxdur, amma səy göstərməliyik.

Bu gün meydana çıxan uşaqların çoxu matçı problemlərlə başa vurdular, görəcəyik ki, necə sağalacaqlar. Doqquz il ərzində heç vaxt bu qədər çox zədə almamışdıq.

Buna baxmayaraq, oyunçular irəliləyirlər, həmişəkindən daha çox işləyirlər. Biz bunu bu həftə qısa bir bərpa müddəti ilə həll etməyə çalışacağıq.

Savinyonu cərimə meydançasında yıxdılar və sabah (bu gün) nə olacağını görəcəyik. Orada qançır və ya başqa bir şey oldu.

Sümüyə zərbə gəldi. Ümid edirəm ki, təhlükəli deyil, amma sabah görəcəyik.

Manuel Akanji dünən son hərəkətində əzələsini dartıb, bu gün isinmə zamanı özünü yaxşı hiss etmirdi.

Risk edə biləcəyini söylədi, amma mən “yox” dedim. Ruben Dias da bəzən mübarizə aparır.

Hər oyunda getdikcə çətinləşir, amma bəlkə, bir gün biz hamımız birlikdə olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 19:30 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 08:30 "Sabah" 10:0-ı da gördü