COP29

Yeni baş məşqçi illik 8 milyon avro maaş alacaq – Premyer Liqa klubunda

15:40 İngiltərə 207
Yeni baş məşqçi illik 8 milyon avro maaş alacaq – Premyer Liqa klubunda

“Mançester Yunayted” Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorimlə uğurlu danışıqlar aparıb.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı “qırmızı şeytanlar”la müqavilənin şərtlərini razılaşdırıb.

39 yaşlı mütəxəssislə illik 8 milyon avro maaşla sözləşmə imzalanacaq. Müqavilə bir mövsüm uzadılmaq imkanı ilə iki il müddətinə olacaq.

“Mançester Yunayted” dünən niderlandlı mütəxəssis Erik ten Haqın komandanın baş məşqçi postundan qovulduğunu elan edib.

Komanda onun rəhbərliyi altında Premyer Liqanın yeni mövsümünə yaxşı başlaya bilməyib və 9 turdan sonra 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti