“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının turnir cədvəlində “Mançester Siti”dən geri qalmalarını şərh edib.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu vəziyyətdə olmaq istəmədiklərini bildirib:
“Biz bu vəziyyətdə olmaq istəmirdik. Komandam sağdır və bu 5 xallıq fərqi aradan qaldırmaq istəyirik.
“Liverpul”la görüşdə üç xal qazanmalı idik. “Arsenal” bunu edə bilmədi, amma biz düzgün yoldayıq”.
“Arsenal” – “Liverpul” matçı 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “topçular” lider “Mançester Siti”dən 5 xal geri qalırlar.