COP29

10 aydır onları məğlub edən tapılmır - Premyer Liqada

15:40 İngiltərə 132
10 aydır onları məğlub edən tapılmır - Premyer Liqada

İngiltərə Premyer Liqasının 8-ci turunda “Vulverhempton”u məğlub edən (2:1) “Mançester Siti” yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Qvardiolanın komandası çempionatda 31 oyundur uduzmur.

Bu, klub tarixinin rekord göstəricisidir. “Mançester Siti” sonuncu dəfə ötən ilin dekabrında “Aston Villa”ya məğlub olub - 0:1.

“Şəhərlilər”in bundan əvvəl ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2017-ci ilin aprelindən 2018-ci ilin yanvarına qədər olmuşdu. Komanda bu müddətdə 30 oyun uduzmamışdı.

“Mançester Siti” Premyer Liqada 8 turdan sonra 20 xalla ikinci sıradadır və lider “Liverpul”dan bir xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti