İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Premyer Liqanın cari mövsümündə “Mançester Siti”yə rəqib olacaq komandanın adını açıqlayıb.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Liverpul”un nəyisə əskik etdiyini bildirib:
“Liverpul”? Mən onları Milad bayramına yaxın qiymətləndirmək istərdim. Amma məncə, nəyisə əskik edirlər.
Eyni sözləri “Çelsi” haqqında da demək olar. Fikrimcə, “Arsenal” bu mövsüm “şəhərlilər”in yeganə rəqibidir”.
“Liverpul” İngiltərə çempionatının 8 turundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 20 xalla 2-ci, “Arsenal” isə 17 xalla üçüncüdür.