COP29

“Müzakirələr davam edir, hələ bilmirəm, gəlin görək, gələcəkdə nə olacaq”

21 Oktyabr 21:40 İngiltərə 142
“Müzakirələr davam edir, hələ bilmirəm, gəlin görək, gələcəkdə nə olacaq”

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil Van Dayk gələcəyini şərh edib.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu klubla müzakirələrin davam etdiyini bildirib:

“Müzakirələr davam edir, hələ ki, bilmirəm. Gəlin görək, gələcəkdə nə olacaq.

İndi bütün diqqətimi “Liverpul”a yönəltmişəm, oyunlarda qalib gəlmək istəyirəm.

Gələcək nə gətirəcək, hələ bilmirəm. Təkcə onu deyə bilərəm ki, müzakirələr artıq başlayıb, nə olacaq, görəcəyik”.

Van Daykın Mersisayd klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

33 yaşlı müdafiəçi “Liverpul”a 2018-ci ilin yanvarında “Sauthempton”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti