COP29

“Müqaviləsini uzadacaq, ancaq maaş və müqavilə müddəti önəmli olacaq”

21 Oktyabr 18:20 İngiltərə 174
“Müqaviləsini uzadacaq, ancaq maaş və müqavilə müddəti önəmli olacaq”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Məhəmməd Salahın klubla yeni müqavilə imzalaya biləcəyinə inanır.

Sportinfo.az “Standard”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futboçunun fikrincə, misirli forvard Premyer Liqada qol sayına görə Tyerri Anrini ötmək istəyir:

“Mövsümün sonunda Salah Anri və Frenk Lempardın rekordlarına baxacaq. Düşünürəm ki, bu nailiyyət naminə o, “Liverpul”la müqaviləsini uzadacaq.

Salah yarışda iştirak etməkdən həzz alır. Amma təbii ki, maaş və müqavilə müddəti də önəmli olacaq”.

Salahın hazırda Premyer Liqada 160 qolu var. Anri 175, Lempard isə 177 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti