COP29

“Premyer Liqada yerli məşqçi çatışmazlığı var, bunun niyə baş verdiyini bilmirəm”

21 Oktyabr 01:30 İngiltərə 151
“Premyer Liqada yerli məşqçi çatışmazlığı var, bunun niyə baş verdiyini bilmirəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında yerli məşqçilərin niyə bu qədər az olduğunu anlamır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Oyunçularıma Qaret Sautqeyt və Li Karsli haqqında danışdım və futbolçular onlar haqqında yüksək fikirlər söylədilər.

Onlar həqiqətən yaxşı mütəxəssislərdir. Premyer Liqada ingilis məşqçi çatışmazlığı var. Bunun niyə baş verdiyini bilmirəm.

Ola bilərmi ki, bir gün Premyer Liqada ingilis məşqçi qalmayacaq? Ümid edirəm ki, yox!”

Hazırda Premyer Liqanın 20 klubundan yalnız dördündə ingilis məşqçi var. İngiltərə millisinin də çalışdırıcısı almaniyalı mütəxəssis Tomas Tuxel olacaq.

Digər Xəbərlər
Xəbər Lenti