COP29

Alman üçün 50 milyon avro ödəməyə hazırdır – Premyer Liqa mənsubu

20 Oktyabr 17:45 İngiltərə 231
Alman üçün 50 milyon avro ödəməyə hazırdır – Premyer Liqa mənsubu

Almaniya millisinin və Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə “Liverpul” maraqlanır.

Mersisaydlılar niderlandlı müdafiəçi Vircil van Daykın əvəzedicisi kimi Şlotterbeki nəzərdən keçirir.

“Qırmızılar”ın rəhbərliyi 24 yaşlı futbolçunun transferi üçün təxminən 50 milyon avro təklif etməyə hazırdır. Onun özünə isə illik 7 milyon avro maaşla uzunmüddətli müqavilə təklif olunacaq.

Şlotterbek Bundesliqanın cari mövsümündə 6 oyunda meydana çıxıb və 1 qırmızı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti