COP29

“Bəzi jurnalistlər mənə inanmır, nağıl uydururlar, yalan yayırlar”

00:10 İngiltərə 64
“Bəzi jurnalistlər mənə inanmır, nağıl uydururlar, yalan yayırlar”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın rəhbərliyinin yaxın vaxtlarda onu klubdan göndərəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az bu barədə ESPN-ə istinadən xəbər verir.

“Təbii ki, biz olduğumuz mövqedən narazıyıq. Amma buna baxmayaraq, klubda sakitlikdir.

Biz plana uyğun hərəkət edirik və uğur qazanacağımıza əminik. Bu klubda birik.

Bunu fasilədən əvvəl də demişdim. Bəzi jurnalistlər mənə inanmırlar.

Bütün səs-küy hekayə və nağıl uyduran mediadan gəlir. Onlar yalan yayırlar. Onların xəbərlərini görmüşəm”, - mütəxəssis jurnalistlərə deyib.

Daha əvvəl mətbuatda hollandiyalı mütəxəssisin “Mançester Yunayted”in növbəti iki oyununun nəticələrinə görə qovula biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Haqın komandası növbəti oyununu oktyabrın 19-da “Brentford”a qarşı keçirəcək.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8 xalla 14-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı