COP29

“İnanılmaz dərəcədə diqqətlidir, başqalarının görmədiyini görür”

15:40 İngiltərə 106
“İnanılmaz dərəcədə diqqətlidir, başqalarının görmədiyini görür”

“Mançester Siti”yə qayıdan İlkay Gündoğan dünyanın ən yaxşı məşqçisi hesab etdiyi Pep Qvardiolanı hər zaman tərifləyir.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi niyə belə fikirdə olduğunu açıqlayıb:

“Yenidən komandaya qoşulmaq çox xoş və kifayət qədər asan oldu. Artıq əksər futbolçuları yaxşı tanıyıram.

“Mançester Siti”nin enerjisini bəyənirəm. Evə qayıtmaq kimi idi və hər şey çox tez baş verdi.

Qvardiolanın əsas üstünlüyü? Rəqiblərin onun planlarını oxuya bilməməsi üçün hər mövsüm yanaşmasını dəyişir. O, həm də təfərrüatlara inanılmaz dərəcədə diqqətlidir, başqalarının görmədiyini görür”.

Gündoğan “Mançester Siti”yə yayda “Barselona”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti