COP29

“Çox yaxşı məşqçidir, amma onun millidə işə götürülməsinə təəccüblənirəm”

18 Oktyabr 21:40 İngiltərə 129
“Çox yaxşı məşqçidir, amma onun millidə işə götürülməsinə təəccüblənirəm”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runi yığmanın yeni baş məşqçisi Tomas Tuxelin təyinatına münasibət bildirib.

Sportinfoaz “goal”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Tuxelin çox yaxşı məşqçi olduğunu söyləyib:

“Mən təəccüblənirəm. Tuxel çox yaxşı məşqçidir, amma İngiltərə Futbol Assosiasiyasının onu işə götürməsinə təəccüblənirəm.

Ona ən yaxşısını arzulayıram və ümid edirəm ki, hər şey onun üçün əla olacaq.

İngiltərə Futbol Assosiasiyası son 10-15 ildə gənc məşqçilər üçün əla platforma yaradıb, ona görə də bu mütəxəssislərdən birini seçmədiklərinə təəccüblənirəm”.

Hazırda İngiltərə millisini müvəqqəti olaraq Li Karsli çalışdırır. Tuxel 2025-ci ilin əvvəlində vəzifəsinə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:10 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?
18 Oktyabr 11:00 Gəl, gəlirin BOL OLSUN!