COP29

“Sükan”ı ona tapşırmaq istəyir - Premyer Liqada işə qayıda bilər

17 Oktyabr 22:00 İngiltərə 216
“Sükan”ı ona tapşırmaq istəyir - Premyer Liqada işə qayıda bilər

David Moyes İngiltərə Premyer Liqasında işə qayıda bilər.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “Kristal Pelas” şotlandiyalı mütəxəssislə maraqlanır.

London klubu Oliver Qlasnerin rəhbərliyi altında uğursuz startdan sonra baş məşqçini dəyişmək barədə düşünür.

“Kristal Pelas” hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci yerdədir. Komanda keçirdiyi 7 oyunda 3 heç-heçə və 4 məğlubiyyət əldə edib.

Londonlular növbəti matçını oktyabrın 21-də səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti