COP29

Ukraynalı üçün elçi daşının üzərində əyləşdilər - Premyer Liqa nəhəngləri

17 Oktyabr 15:20 İngiltərə 482
Ukraynalı üçün elçi daşının üzərində əyləşdilər - Premyer Liqa nəhəngləri

"Şaxtyor"un futbolçusu Georgiy Sudakov karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 4 klubu ukraynalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi", "Arsenal" və "Tottenhem"dən sonra "Mançester Siti" də 22 yaşlı ön xətt oyunçusu uğrunda mübarizəyə qoşulub.

eorgiy Sudakov "Şaxtyor"un yetirməsidir. Ukrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti