COP29

Bundan sonra paltardəyişmə otağına daxil ola bilməzsən – Rəhbərlikdən QADAĞA!

16 Oktyabr 22:00 İngiltərə 1 034
Bundan sonra paltardəyişmə otağına daxil ola bilməzsən – Rəhbərlikdən QADAĞA!

“Mançester Yunayted”in yeni rəhbərliyi klubda öz qaydalarını yaratmağa davam edir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, komandanın keçmiş baş məşqçisi Aleks Ferqyusona paltardəyişmə otağında olmaq qadağan edilib.

Bu ənənə şotlandiyalı keçmiş baş məşqçi Mett Basbinin dövründən davam edirdi. Görünür, “Mançester Yunayted” indi bundan imtina etmək qərarına gəlib.

Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. Şotlandiyalının rəhbərliyi altında komanda 38 kubok, o cümlədən 13 liqa və 2 Çempionlar Liqası kuboku qazana bilib.

“Qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Erik ten Haqdır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI